Səfir Azərbaycan və Çinin koronavirusa qarşı birgə mübarizəsindən danışdı

Səfir Azərbaycan və Çinin koronavirusa qarşı birgə mübarizəsindən danışdı COVID-19 ilə mübarizədə Çin və Azərbaycan dünya təhlükəsizlik və inkişaf maraqlarının qorunmasında pandemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə mühüm töhfə verərək, ikitərəfli və çoxtərəfli müstəvidə bir-birini dəstəkləyir və sıx əməkdaşlıq edirlər.
Xarici siyasət
5 May , 2020 10:12
Səfir Azərbaycan və Çinin koronavirusa qarşı birgə mübarizəsindən danışdı
0 : 00
0 : 00

"COVID-19 ilə mübarizədə Çin və Azərbaycan dünya təhlükəsizlik və inkişaf maraqlarının qorunmasında pandemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə mühüm töhfə verərək, ikitərəfli və çoxtərəfli müstəvidə bir-birini dəstəkləyir və sıx əməkdaşlıq edirlər".

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Guo Min deyib.

Onun sözlərinə görə, ikitərəfli səviyyədə Çin və Azərbaycan hökumətləri və xalqları müxtəlif yollarla qarşılıqlı dəstəyi təmin edərək çiyin-çiyinə vuruşub: "İki ölkənin liderləri bir-birlərinə başsağlığı məktubları göndərib, pandemiyanın qarşısının alınması və nəzarəti ilə bağlı təcrübə mübadiləsi aparılıb, qarşılıqlı maddi yardım göstərilib. Bu da yüksək səviyyədə qarşılıqlı etimad, dərin ənənəvi dostluq və iki ölkə arasında ortaq inkişaf konsepsiyasını nümayiş etdirir. Beynəlxalq aləmdə Azərbaycan Çin ilə birlikdə çoxtərəfli prinsipi dəstəkləyir və COVID-19 ilə mübarizədə beynəlxalq əməkdaşlıqda fəal iştirak edir". 

Son xəbərlər

Orphus sistemi