Rusiya XİN-in Diplomatik Akademiyasının rektoru: "Azərbaycana müstəqil və suveren tərəfdaş kimi hörmət edirik"

Rusiya XİN-in Diplomatik Akademiyasının rektoru: "Azərbaycana müstəqil və suveren tərəfdaş kimi hörmət edirik" Yevgeni Bajanov: "Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır"
Xarici siyasət
25 Aprel , 2017 16:08
Rusiya XİN-in Diplomatik Akademiyasının rektoru: Azərbaycana müstəqil və suveren tərəfdaş kimi hörmət edirik
Report.az

Bakı. 25 aprel. REPORT.AZ/ "Rusiya ilə Azərbaycanı ayıracaq heç bir məsələ yoxdur".

Bunu "Report"a Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru Yevgeni Bajanov deyib.

"Azərbaycan strateji tərəfdaşımızdır, bu baxımdan şübhəmiz yoxdur. Bizim sıx tarixi, mədəni, iqtisadi, siyasi əlaqələrimiz var. Bu, belə olub, indi davam edir və gələcək də olacaq", - rektor bildirib.

O, Rusiyanın Azərbaycana müstəqil, suveren tərəfdaş kimi hörmət etdiyini və özünə qarşı də eyni münasibəti gördüyünü vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışan Y.Bajanov Rusiyanın münaqişənin hər iki tərəfi ilə əlaqə saxladığını qeyd edib.

"Moskvada hər iki ölkənin diasporu var, hamısı ilə dostluq edirik. Hesab edirəm ki, münaqişənin həlli üçün səy göstərmək lazımdır, amma bu məsələdə hər şey münaqişə tərəflərindən asılıdır", - Diplomatik Akademiyasının rektoru bildirib.

Son xəbərlər

Orphus sistemi