Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını qarşılayıb
Xarici siyasət
31 Oktyabr , 2017 12:51
Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
President.az

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilir. Bununla əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. 

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. 

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşüblər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi