Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Azərbaycana gəlib

Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Azərbaycana gəlib Bakıda "Nursultan Nazarbayev. Bioqrafiya" kitabının təqdimatı keçiriləcək
Xarici siyasət
12 İyun , 2018 18:02
Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Azərbaycana gəlib

Bakı. 12 iyun. REPORT.AZ/ Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Mahmud Kasımbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Bu barədə "Report" "Kazinform"a istinadən xəbər verir.

"Qazaxıstan nümayəndə heyəti Azərbaycan Prezidenti Administrasiyasının dəvəti ilə Bakıdadır. Bundan əlavə, keçən ay Astanada Heydər Əliyevin 95 illiyinə həsr olunmuş qazax dilində kitab təqdim olunub. Analoji tədbir sabah Bakıda keçiriləcək. "Nursultan Nazarbayev. Bioqrafiya" kitabının təqdimatı olacaq", - M.Kasımbekov bildirib.

Qeyd edək ki, Qazaxıstan nümayəndə heyətinin tərkibinə həmçinin respublikanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və başqaları daxildir.

Son xəbərlər

Orphus sistemi