Qazaxıstan dövlət katibi Azərbaycana səfər edəcək

Qazaxıstan dövlət katibi Azərbaycana səfər edəcək Gulşara Abdıkalikova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gələcək
Xarici siyasət
21 Sentyabr , 2016 13:47
Qazaxıstan dövlət katibi Azərbaycana səfər edəcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Qazaxıstan dövlət katibi Gulşara Abdıkalikova Azərbaycana səfər edəcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, o, sentyabrın 29-30-da keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək. G.Abdıkalikovanın forumun plenar iclasında çıxış edəcəyi, eləcə də "dəyirmi masa"larda iştirak edəcəyi gözlənilir.

Eyni zamanda, sentyabrın 30-da Qazaxıstan dövlət katibi ilə Heydər Əliyev adına "Qazaxıstan-Azərbaycan" Dostluq Cəmiyyətinin üzvləri arasında görüş keçiriləcək. Tədbir Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunacaq. Bundan əlavə, mədəniyyət, incəsənət, təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdə həmçinin Milli Məclisin deputatları - Azərbaycan-Qazaxıstan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, görkəmli ictimai xadimlər, Bakıda qeydiyyatdan keşmiş Qazaxıstan şirkətlərinin nümayəndələri, eləcə də Azərbaycanda təhsil alan qazaxıstanlı tələbələr iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi