Yuxarı

Qazaxıstan dövlət katibi Azərbaycana səfər edəcək

Gulşara Abdıkalikova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün paytaxtımıza gələcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Qazaxıstan dövlət katibi Gulşara Abdıkalikova Azərbaycana səfər edəcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, o, sentyabrın 29-30-da keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək. G.Abdıkalikovanın forumun plenar iclasında çıxış edəcəyi, eləcə də "dəyirmi masa"larda iştirak edəcəyi gözlənilir.

Eyni zamanda, sentyabrın 30-da Qazaxıstan dövlət katibi ilə Heydər Əliyev adına "Qazaxıstan-Azərbaycan" Dostluq Cəmiyyətinin üzvləri arasında görüş keçiriləcək. Tədbir Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunacaq. Bundan əlavə, mədəniyyət, incəsənət, təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdə həmçinin Milli Məclisin deputatları - Azərbaycan-Qazaxıstan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, görkəmli ictimai xadimlər, Bakıda qeydiyyatdan keşmiş Qazaxıstan şirkətlərinin nümayəndələri, eləcə də Azərbaycanda təhsil alan qazaxıstanlı tələbələr iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi