Prezidentin köməkçisi: “Azərbaycan Afrikaya sərmayə qoyan ölkələr sırasına qatılmaq istəyir”

Prezidentin köməkçisi: “Azərbaycan Afrikaya sərmayə qoyan ölkələr sırasına qatılmaq istəyir” “Afrikanın zəngin karbohidrogen ehtiyatlarının birgə işlənməsi və dünya bazarlarına çıxarılması istiqamətində fəaliyyət göstəririk”
Xarici siyasət
11 İyun , 2015 17:27
Prezidentin köməkçisi: “Azərbaycan Afrikaya sərmayə qoyan ölkələr sırasına qatılmaq istəyir”

Bakı. 11 iyun. REPORT.AZ/ “Azərbaycan neft ölkəsidir və hazırda Avropanın, dünyanın enerji təhlükəsizliyində yaxından iştirak edən alternativ neft məkanı olaraq dünyada tanınmaqdadır. Biz Xəzər hövzəsinin alternativ enerji resurslarını Avropaya açdıq və hazırda Avropanın, dünyanın enerji təhlükəsizliyində əsas alternativ mənbə rolunda iştirak edirik”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən mətbuat konfransında deyib.

O əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) hazırda həm Avropanın enerji təhlükəsizliyində öz enerji resursları ilə iştirak edir, həm də Avropa bazarlarında əsas biznes strukturlarından biri kimi fəaliyyət göstərir: “SOCAR Afrika ölkələrinə də maraq göstərir. Afrikanın zəngin neft və qaz yatağı olan ölkələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı niyyət protokolları hazırlayır və bunu həyata keçirməyə cəhd göstərir. Yəni biz Afrikaya sərmayə qoyan ölkələr sırasına qatılmaq istəyirik. SOCAR vasitəsilə Afrikanın zəngin karbohidrogen ehtiyatlarının birgə işlənməsi və dünya bazarlarına, Avropa bazarlarına çıxarılması istiqamətində fəaliyyət göstəririk”.

Son xəbərlər

Orphus sistemi