Oqtay Əsədov Sankt-Peterburq Qanunverici Məclisinin sədri ilə görüşüb

Oqtay Əsədov Sankt-Peterburq Qanunverici Məclisinin sədri ilə görüşüb Tərəflər Sankt-Peterburq və Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Xarici siyasət
28 Mart , 2017 16:44
Oqtay Əsədov Sankt-Peterburq Qanunverici Məclisinin sədri ilə görüşüb

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sankt-Peterburq Qanunverici Məclisinin sədri Vyaçeslav Makarov ilə görüşüb.

"Report" şəhərin Qanunverici Məclisinin saytına istinadən xəbər verir ki, görüş zamanı tərəflər iqtisadi, siyasi və mədəni tərəfdaşlığın gücləndirilməsinin vacib elementi kimi, Sankt-Peterburq və Azərbaycan arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

V.Makarov Rusiya və Azərbaycanı tarixin sınağından uğurla keçmiş çoxəsrlik dostluq münasibətlərinin bağladığını bildirib: "Ölkənin əsas regionların birinin parlamenti kimi, biz tərəfdaşlığın gücləndirilməsi üçün hər cür dəstək verməyə məmnun olacağıq".

O.Əsədov Azərbaycanın Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. O, bu gün respublikanın Rusiyanın 70 regionundan olan müəssisələrlə birbaşa işlədiyini vurğulayıb. Milli Məclisin sədrinin fikrincə, iki ölkənin birgə səyləri nəticəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm hüquqi baza yaradılıb.

Son xəbərlər

Orphus sistemi