Bakı. 19 yanvar. REPORT.AZ/ Malayziyada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirlər çərçivəsində Malayziyada fəaliyyət göstərən İƏT Beynəlxalq Biznes Mərkəzi (OIC International Business Centre) tərəfindən nəşr olunan “OIC Today” jurnalında “Azərbaycan tarixinin faciəli və qəhrəmanlıq səhifəsi” başlıqlı geniş məqalə dərc edilib.
Məqalədə 29 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrin yalnız faciə yox, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri və Azərbaycanda sovet hakimiyyətinə son qoyan bir qığılcım olduğu qeyd olunub. Faciənin səbəb və nəticələrindən bəhs edən məqalədə 1980-ci illərin sonlarında SSRİ-də cərəyan edən hadisələrə və Azərbaycana qarşı ermənilərin əsassız ərazi iddialarına sovet rəhbərliyi tərəfindən verilən dəstəyə etiraz əlaməti olaraq xalqımızın haqq səsini ucaltmaq üçün meydanlara axışdığı, buna cavab olaraq sovet rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı amansız qətliam törədildiyi bildirilir.
Ümummilli lider
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olan 20 Yanvar hadisələrinin, eyni zamanda bütün dünya azərbaycanlılarının yaddaşına xalqımıza qarşı törədilmiş ən qəddar və qeyri-insani cinayətlərdən biri kimi həkk edildiyi vurğulanır.
Azərbaycanın Malayziyadakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər çərçivəsində,