İlham Əliyev Monqolustan prezidentinə məktub göndərib

İlham Əliyev Monqolustan prezidentinə məktub göndərib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev&Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya&təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
10 İyul , 2020 17:02
İlham Əliyev Monqolustan prezidentinə məktub göndərib
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi