İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycanda səfərdədir

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycanda səfərdədir M.Vaezinin Naxçıvan-Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək üçün Naxçıvan səfər edəcəyi gözlənilir
Xarici siyasət
28 Noyabr , 2016 12:10
İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycanda səfərdədir

Bakı. 28 noyabr. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycanda səfərdədir.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iranlı nazir "Bakutel" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edəcək.

Bundan əlavə, M.Vaezinin Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulub.

Eyni zamanda, M.Vaezinin Naxçıvan-Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmək üçün Naxçıvan səfər edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi