İranın Ərdəbil vilayətinin rəhbəri Azərbaycana gələcək

İranın Ərdəbil vilayətinin rəhbəri Azərbaycana gələcək Bakı. 25 sentyabr. REPORT.AZ/ İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnəmcu sabah Azərbaycana səfərə gələcək.
Xarici siyasət
25 Sentyabr , 2018 17:32
İranın Ərdəbil vilayətinin rəhbəri Azərbaycana gələcək
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnəmcu sabah Azərbaycana səfərə gələcək.

“Report” xəbər verir ki, Azərbaycan tərəfinin dəvətilə həyata keçiriləcək səfər çərçivəsində qonağın bəzi rəsmi şəxslərlə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəyi gözlənir.

Həmçinin İran Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə də sentyabrın 26-da Bakıya gələcək. Qonaq "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla İran ərazisilə Bakı - Naxçıvan dəmir yolu bağlantısı layihəsinə və Rəşt - Astara dəmir yolu xəttinin tikintisinə dair müzakirələr aparacaq.

Son xəbərlər

Orphus sistemi