İran rəsmisi: “Korrupsiyaya bulaşmış şəxslərin digər ölkələrdə sığınacaq tapmalarının qarşısını almalıyıq”

İran rəsmisi: “Korrupsiyaya bulaşmış şəxslərin digər ölkələrdə sığınacaq tapmalarının qarşısını almalıyıq” “Korrupsiyaya qarşı mübarizə sahəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər birgə iş aparırlar”
Xarici siyasət
6 İyun , 2017 14:30
İran rəsmisi: “Korrupsiyaya bulaşmış şəxslərin digər ölkələrdə sığınacaq tapmalarının qarşısını almalıyıq”

Bakı. 6 iyun. REPORT.AZ/ “Korrupsiyaya qarşı mübarizə sahəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər birgə iş aparır”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında İran İslam Respublikasının Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraci deyib.

N.Seraci qeyd edib ki, korrupsiya ilə mübarizə bir ölkənin işi deyil, burada digər dövlətlər də iş aparmalıdır: “Biz birgə işləməklə korrupsiya hallarının qarşısını ala bilərik. Bunun üçün təcrübə mübadiləsi aparmaq lazımdır. Bilirsiz ki, proflaktika müalicədən çox asandır. Burada da əsas işi proflatika üzərində qurmaq lazımdır. Korrupsiyaya bulaşmış şəxslərə ikinci vətəndaşlığın verilməsi problemdir. Belə insanların digər ölkələrdə sığınacaq tapmalarının qarşısını almalıyıq. Bunun üçün birlikdə hərəkət etməliyik. Bəzi ölkələr korrupsiyaya bulaşmış şəxslərin bank hesabları ilə bağlı məlumatları vermirlər. Bu, düzgün deyil. Korrupsiyaya qarşı mübarizə əsas vəzifələrdəndir. Bu, bütün dünya üçün əhəmiyyətlidir. İradə ortaya qoymadan nəyəsə nail ola bilmərik, korrupsiya ilə mübarizə çətin işdir. Biz bu yolda ciddi şəkildə addımlayırıq”.

Son xəbərlər

Orphus sistemi