Prezident İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.
Xarici siyasət
17 May , 2019 17:19
Prezident İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçib.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir əminliyini ifadə edib ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.

Son xəbərlər

Orphus sistemi