Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Tbilisi ultramarafonu başa çatıb - FOTO

Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Tbilisi ultramarafonu başa çatıb - FOTO Mayın 5-də Bakıda Dövlət Bayrağı Meydanından start götürən və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan ultramarafon Tbilisidə başa çatıb.
Xarici siyasət
10 May , 2019 20:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Tbilisi ultramarafonu başa çatıb - FOTO
Report

Mayın 5-də Bakıda Dövlət Bayrağı Meydanından start götürən və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan ultramarafon Tbilisidə başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, marafonçu Yadigar Hüseynov ultramarafonda, ümumilikdə, 544 km yol qət edib.

Y.Hüseynov marafonu Tbilisidə Heydər Əliyev adına parkda başa çatdırıb. Marafonçu ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub.

Marafonçunu parkda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Y.Hüseynov jurnalistlərə bildirib ki, estafeti gənc nəsillərə verir və onlar ulu öndərin xatirəsini yaşatmalıdırlar: “Marafon boyu stresli və əziyyətli günlər yaşanıb, amma gözəl komanda ilə marafonu başa çatdırdıq”.

O, marafona dəstək verən hər kəsə təşəkkürünü bildirib.

Ultramarafon Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Gənclər və İdman Nazirliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Marafon həmçinin Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinə həsr olunub.

Qeyd edək ki, ultramarafonçunun Bakıdan yolasalma mərasimi “Bakı Marafonu -2019” qatılan 300-dən çox könüllünün iştirakı ilə baş tutmuşdu.

Son xəbərlər

Orphus sistemi