Bakı. 20 iyun. REPORT.AZ/ Ötən gün Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Milli Koqresinin Deputatlar Palatasında Xarici əlaqələr komitəsinin sədri Nilson Pinto və Braziliya Federativ Respublikasının sabiq prezidenti, Braziliya Milli Koqresinin Senatında Xarici əlaqələr və təhlükəsizlik məsələləri komitəsinin sədri Fernando Kolor ilə görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı, tərəflər Azərbaycanla Braziliya arasında Parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi perspektivləri, parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində artan rolu, əhəmiyyəti və digər bu kimi məsələlər müzakirə mövzusu olub.
Həmçinin, səfir Elxan Poluxov Bakı şəhərinin EXPO 2025-in keçirilməsi üçün namizədliyinin dəstəklənməsi məsələsini hər iki komitə sədrindən xahiş edib və bu məsələnin Azərbaycan üçün əhəmiyyətini həmsöhbətlərinin nəzərinə çatdırıb.