Əfqanıstanın sənaye və ticarət naziri Azərbaycana səfər edəcək

Əfqanıstanın sənaye və ticarət naziri Azərbaycana səfər edəcək Əfqanıstanın sənaye və ticarət naziri Əcmal Əhmədi Azərbaycana səfər edəcək.
Xarici siyasət
24 İyul , 2019 17:47
Əfqanıstanın sənaye və ticarət naziri Azərbaycana səfər edəcək

Əfqanıstanın sənaye və ticarət naziri Əcmal Əhmədi Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Əfqanıstanın Azərbaycandakı səfirliyinin ticarət attaşesi Ruhullah Rafiqi məlumat verib.

O qeyd edib ki, Ə.Əhmədi sentyabrın 27-30-da Bakıda keçiriləcək Əfqan İxrac Məhsulları Sərgisində iştirak edəcək Əfqanıstan nümayəndə heyətinə rəhbərlik edəcək.

Sərgi Əfqanıstanın Sənaye və Ticarət Nazirliyi, Əfqanıstan Ticarət və Sənaye Palatası, eləcə də AZPROMO tərəfindən təşkil olunur.

Əfqanıstanın 50 şirkəti Bakıda quru meyvə, meyvə, tərəvəz, sərinləşdirici içkilər, əntiq daşlar və zinət əşyaları, tikinti-inşaat materialları, xalçalar və kilimlər, digər məhsullarını nümayiş etdirəcək. 

Son xəbərlər

Orphus sistemi