Davos Dünya İqtisadi Forumu rekord sayda iştirakçı toplayacaq

Davos Dünya İqtisadi Forumu rekord sayda iştirakçı toplayacaq Bu il forum yanvarın 17-20-də keçiriləcək
Xarici siyasət
11 Yanvar , 2017 14:09
Davos Dünya İqtisadi Forumu rekord sayda iştirakçı toplayacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ İsveçrənin Davos şəhərində yanvar 17-20-də keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) proqramı açıqlanıb.

"Report" xəbər verir ki, forum "məsuliyyət və məsuliyyətli rəhbərlik" şüarı altında keçiriləcək.

Dünyanın aparıcı biznes rəhbərləri və siyası liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi, qlobal və regional problemləri müzakirə edəcəklər. Forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə, postmultikultural dövr və s. məsələlərə həsr olunmuş müzakirələr daxildir.

Hər il təşkil edilən Davos Dünya İqtisadi Forumuna bu il 3000-dən çoxc nümayəndə qatılacaq və bu, forum tarixində rekord say olacaq. Forum çərçivəsində 400-ə qədər müzakirə aparılacaq.

Xatırladaq ki, Azərbaycan Prezident İlham Əliyev dəfələrlə forumda iştirak edib.

Son xəbərlər

Orphus sistemi