Çexiya XİN-in dövlət katibi Azərbaycana gəlib

Çexiya XİN-in dövlət katibi Azərbaycana gəlib Xarici işlər nazirinin müavini Nadir Hüseynov Petr Qayduşeklə görüşüb
Xarici siyasət
14 Avqust , 2017 13:00
Çexiya XİN-in dövlət katibi Azərbaycana gəlib

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Çexiya Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek xarici işlər nazirinin müavini Nadir Hüseynovla görüşüb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi