BMT Baş Assambleyasının prezidenti: "Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə zəmanət verməliyik"

BMT Baş Assambleyasının prezidenti: "Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə zəmanət verməliyik" BMT və Qoşulmama Hərəkatı dünyanı xilas etmək və təhlükəsizliyi təmin etmək naminə ortaq fikrə sadiqdir.
Xarici siyasət
25 Oktyabr , 2019 12:49
BMT Baş Assambleyasının prezidenti: Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə zəmanət verməliyik
Report / Elchin Murad

"BMT və Qoşulmama Hərəkatı dünyanı xilas etmək və təhlükəsizliyi təmin etmək naminə ortaq fikrə sadiqdir".

"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Bakıda Qoşulmama Hərəkatının XVIII sammitinin açılışında deyib.

"Sülhə və təhlükəsizliyə, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə, demokratiya və insan hüquqlarına zəmanət verməliyik. Qoşulmama Hərəkatının insan hüquqları prinsiplərinə riayət etməsi də vacibdir. Hərəkat ölkələrində çox sayda böhran və münaqişələr var. Onların həllini tapmağa çalışmalıyıq. Həmçinin onların qarşısını almaq üçün profilaktik tədbirlər görmək lazımdır", - o bildirib.

Onun sözlərinə görə, səmərəli qarşılıqlı faydalı əməkdaşlığı və yeniliklərin tətbiqini də təmin etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi