Bakı. 15 mart.
“Report”un xəbərinə görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində “Meydana çıxan yeni güclər” mövzusunda keçirilən panel iclasında Rumıniya baş nazirinin müavini Ana Birçall deyib.
O qeyd edib ki, müsbət təsirlərə açıq olmaq lazımdır: “Rumıniya Avropa İttifaqının üzvüdür, təşkilatın həyata keçirdiyi bütün layihələrdə iştirak edir. Təmsil etdiyim ölkə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır”.