Bakı və Astana arasında aktual əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Astana arasında aktual əməkdaşlıq məsələləri müzakirə olunub Astana şəhərinin meri və Bakı şəhəri icra hakimiyyətinin başçısı arasında görüş keçirilib
Xarici siyasət
5 Sentyabr , 2016 12:25
Bakı və Astana arasında aktual əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Astana şəhərinin meri Aset İsekeşev və Bakı şəhəri icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında görüş keçirilib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, tərəflər iki paytaxtın aktual əməkdaşlıq məsələlərini, eləcə də qarşılıqlı əlaqələrin perspektiv istiqamətlərini müzakirə ediblər.

H.Abutalıbov qeyd edib ki, Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir və iki ölkə arasında münasibətlər hər zaman yüksək etimad səviyyəsində olub. 

A. İsekeşev  həmkarına qonaqpərvərliyə görə, təşəkkürünü bildirib, qarşıdakı "Astana Ekspo-2017" Beynəlxalq sərgisi haqqında xatırladıb və H.Abutalıbovu həmin sərgiyə dəvət edib. 

Qeyd edək ki, A.İsekeşevin Bakıya səfəri çərçivəsində, həmçinin Azərbaycanın energetika naziri, "Astana Ekspo-2017"-də Azərbaycanın milli seksiyasının komissarı Natiq Əliyevlə də görüş nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi