Bakı sakinləri Rusiya səfirliyinə gül aparır - FOTO

Bakı sakinləri Rusiya səfirliyinə gül aparır - FOTO Səfirliyin qarşısına gül buketləri qoyulub, şamlar yandırılıb
Xarici siyasət
1 Noyabr , 2015 15:02
Bakı sakinləri Rusiya səfirliyinə gül aparır - FOTO

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı sakinləri "Airbus A321" avialaynerinin Misir səmasında qəzaya uğraması nəticəsində ölənlərə başsağlığı əlaməti olaraq Rusiya səfirliyinə güllər aparır. "Report"un əməkdaşı xəbər verir ki, diplomatik missiyanın binasının qarşısına gül buketləri qoyulub, şamlar yandırılıb. Qəza nəticəsində dünyasını dəyişən 20-dən çox uşağın xatirəsinə bəziləri səfirliyin qarşısına oyuncaqlar qoyub.

Matəm əlaməti olaraq, səfirlikdə Rusiya bayrağı aşağı endirilib.

Qeyd edək ki, şənbə günü Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Koqalımavia" aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü hadisə zamanı dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi