Azərbaycan səfiri Tacikistanın elm və təhsil naziri ilə görüşüb

Azərbaycan səfiri Tacikistanın elm və təhsil naziri ilə görüşüb Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin elm və təhsil naziri Nurullo Said arasında görüş keçirilib.
Xarici siyasət
6 Fevral , 2018 20:03
Azərbaycan səfiri Tacikistanın elm və təhsil naziri ilə görüşüb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin elm və təhsil naziri Nurullo Said arasında görüş keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Tacikistan arasında təhsil müəssisələrinin assosiasiyasının yaradılması, qurumlar arasında illik kvotaların ayrılmasına dair protokolun imzalanması, M.S.Osimi adına Tacikistan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında memorandumun imzalanması və ikitərəfli digər əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.

Nazir N.Said Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu, iki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın protokolunun müvafiq bəndinə əsasən, Azərbaycanla Tacikistan arasında təhsil sahəsində əməkdaşlığın aparılmasının əks olunduğunu diqqətə çatdırıb. O, Tacikistanda hal-hazırda 39 ali təhsil müəssisəsinin mövcud olduğunu bildirib və imzalanmış sazişə əsaslanaraq Azərbaycan universitetləri tərəfindən ayrılmış kvotalara uyğun olaraq, tələbələrin Azərbaycanda təhsil almaları üçün göndəriləcəyini bildirib. Eyni zamanda nazir Tacikistan universitetlərində də azərbaycanlı tələbələrin təhsil alması üçün kvotaların ayrılacağını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi