Azərbaycan səfiri Moldovanın iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycan səfiri Moldovanın iqtisadiyyat naziri ilə görüşüb Görüşdə ticarət və investisiya imkanları barədə müzakirələr aparılıb
Xarici siyasət
25 Fevral , 2018 08:30
Azərbaycan səfiri Moldovanın iqtisadiyyat naziri ilə görüşüb

Kişinyov. 25 fevral. REPORT.AZ/ Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bu ölkənin iqtisadiyyat və infrastruktur naziri Kiril Qaburiçlə görüşüb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, görüşdə Azərbaycan və Moldova arasında münasibətlərin inkişafı və ikitərəfli tərəfdaşlıq istiqamətində əldə olunan uğurlar yüksək qiymətləndirilib, ticarət və investisiya imkanları barədə müzakirələr aparılıb.

Nazir K.Qaburiç Moldovaya yeni investorların cəlb edilməsi, biznesin inkişafı üçün ölkəsinin təklif etdiyi imkanlar barədə səfir Q.Osmanova məlumat verib.

“Nazirliyimiz ümumi qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlıq üçün hər zaman açıqdır”, - deyə nazir əlavə edib.

Azərbaycan səfiri Q.Osmanov rəsmi Kişinyovun biznes mühitinin stimullaşdırılması və xarici investorların ölkəyə cəlb edilməsi istiqamətində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib.

Görüşdə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının fəaliyyətinin canlandırılması, iki ölkənin iş adamları arasında biznes-forumların təşkili məsələləri də müzakirə olunub.

Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 30% artaraq 7 milyon ABŞ dolları olub. Hazırda Moldovada 33 mln. lei (2 mln. dollar) investisiya kapitallı 120 Azərbaycan şirkəti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi