Azərbaycan Prezidenti Yaponiya imperatoruna təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Yaponiya imperatoruna təbrik məktubu göndərib Prezident İlham Əliyev imperatoru Yaponiyanın milli bayramı münasibətilə təbrik edib
Xarici siyasət
22 Dekabr , 2016 18:43
Azərbaycan Prezidenti Yaponiya imperatoruna təbrik məktubu göndərib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram."

Son xəbərlər

Orphus sistemi