Azərbaycan Prezidenti Makedoniya dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Makedoniya dövlət başçısını təbrik edib Məktub Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib
Xarici siyasət
7 Sentyabr , 2017 17:57

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Makedoniya əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi