Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib Məktub Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib
Xarici siyasət
21 Noyabr , 2017 18:00
Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi