ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfərə gələcək

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfərə gələcək Səfər zamanı Dağlıq Qarabağ münaqişəsini həlli məsələsi müzakirə olunacaq
Xarici siyasət
5 İyul , 2017 15:50
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfərə gələcək

Bakı. 5 iyul. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfərə gələcək.

"Report" xəbər verir ki, səfər bu ilin sentyabr ayına planlaşdırılıb.

K.Vigeninin hər üç Cənubi Qavqaz ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi gözlənilir. Səfər zamanı Cənubi Qafqaz regionunda münaqişələrin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi