Almaniya səfiri: "Azərbaycan bizim üçün strateji əhəmiyyətli ölkədir"

Almaniya səfiri: "Azərbaycan bizim üçün strateji əhəmiyyətli ölkədir" Azərbaycan bizim üçün strateji əhəmiyyətli ölkədir. Almaniyaya neft təchizatına görə o, 5-ci yeri tutur.
Xarici siyasət
30 Sentyabr , 2019 12:07
Almaniya səfiri: Azərbaycan bizim üçün strateji əhəmiyyətli ölkədir
Report / Sultana

"Azərbaycan bizim üçün strateji əhəmiyyətli ölkədir. Almaniyaya neft təchizatına görə o, 5-ci yeri tutur".

"Report" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib.

O, son vaxtlarda yüksək səviyyəli qarşılıqlı səfərlərin edildiyini xatırladıb və bunun ikitərəfli əməkdaşlığın gücləndirilməsinə kömək etdiyini bildirib.

Onun sözlərinə görə, iki ölkə xalqları arasında münasibətlər də az əhəmiyyət daşımır. 

"Bu gün Almaniyada 25 minə yaxın azərbaycanlı yaşayır. 1400-ə yaxın azərbaycanlı tələbə ölkəmizdəki universitetlərdə təhsil alır", - səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi