Bakı. 29 iyun. REPORT.AZ/ Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və mübahisəli məsələlərin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin əsas elementləridir.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Brüsseldə təqdim etdiyi Aİ-nin Qlobal strategiyasında deyilir.
"Bu prinsiplər həm daxildə, həm də Aİ sərhədlərindən kənarda bütün ölkələrə tətbiq olunur", - sənəddə deyilir.
"Amma Avropada sülh və sabitlik artıq mövcud deyil. Rusiya beynəlxalq hüquq normalarının pozması və Ukraynada sabitliyi pozması, Qara dəniz regionunda həlli uzadılmış münaqişələr Avropanın əsas təhlükəsizlik qaydaları üçün çağırış olaraq qalır", - Aİ-nin Qlobal strategiyasında deyilir.