Mahmud Məmmədquliyev: "Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək"

Mahmud Məmmədquliyev: "Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək" "Enerji məsələləri üzrə alt komitənin iclasının tarixi "Şərq Tərəfdaşlığı" sammitinə hazırlığa görə hələlik dəqiqləşməyib"
Xarici siyasət
21 Sentyabr , 2017 12:40
Mahmud Məmmədquliyev: Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək
Report

Bakı. 21 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Brüsseldə Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək.

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, oktyabrın ikinci yarısında isə təhlükəsizlik və insan hüquqları üzrə alt komitənin iclası olacaq: "Enerji məsələləri üzrə alt komitənin iclasının tarixi "Şərq Tərəfdaşlığı" sammitinə hazırlığa görə hələlik dəqiqləşməyib. Düşünmürəm ki, sammitə qədər iclas keçirilsin. Hələlik alt komitələrin iclasları Brüsseldə keçirilir, ona görə də onların təkliflərini gözləyirik. Biz də bunlarla bağlı öz fikirlərimizi bildiririk".  

Son xəbərlər

Orphus sistemi