Bakı. 10 iyun. REPORT.AZ/ Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını elan edəcək. "Report" AİHM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar iyunun 16-da Strasburqda İnsan Haqları Sarayında ictimai dinləmələr zamanı açıqlanacaq.
Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" cinayət işi 2005-ci ilin aprelindən məhkəmədə baxılması üçün təqdim olunub. Bu iş 1992-ci ildə Ermənistan-Azərbaycan