90-cı illərdə Türkiyəyə getmiş azərbaycanlıların məsələsi müzakirə olundu

90-cı illərdə Türkiyəyə getmiş azərbaycanlıların məsələsi müzakirə olundu Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Türkiyənin Miqrasiya Baş İdarəsinin xarici əlaqələr üzrə idarə rəisi G.Arslan və İstanbul Miqrasiya İdarəsinin rəisi R.Batunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici siyasət
9 İyul , 2020 16:57
90-cı illərdə Türkiyəyə getmiş azərbaycanlıların məsələsi müzakirə olundu

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Türkiyənin Miqrasiya Baş İdarəsinin xarici əlaqələr üzrə idarə rəisi G.Arslan və İstanbul Miqrasiya İdarəsinin rəisi R.Batunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə müzakirə olunan əsas məsələ 1990-cı illərdə ölkəmizdən Türkiyə Respublikasına gəlmiş vətəndaşlarımız və onların bu ölkədəki sosial-hüquqi vəziyyətlərinin dəqiqləşdirilməsi və müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi olub.

Görüşdə Konsul bildirib ki, qeyd olunan kateqoriyadan olub Türkiyə Respublikasında hazırda yaşayan vətəndaşlarımızın üzləşdikləri sıxıntıların aradan qaldırılması istiqamətindəki fəaliyyət ölkə başçısı İlham Əliyevin birbaşa diqqəti və qayğısı nəticəsində mümkün olub.

Görüş əsnasında İstanbuldakı Baş Konsulluq tərəfindən bundan öncə keçirilmiş aidiyyəti görüşlərdə də irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb, məsələnin həllinə yönəlik fəaliyyətlə əlaqədar olaraq, iki qardaş ölkənin müvafiq qurumları arasında təmasların bundan sonra daha da gücləndiriləcəyi vurğulanıb. Görüşün sonunda qısa zaman ərzində məsələnin həllini tapacağı ifadə olunub.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi