Bakı. 11 oktyabr. REPORT.AZ/ Mindən yuxarı obraz yaradan və Azərbaycan tamaşaçısına daha çox "Zita və Gita" filmində canlandırdığı mənfi xala obrazı ilə tanış olan hind aktrisası Manorama 78 yaşında dünyasını dəyişib.
"Report" NDTV telekanalına istinadən xəbər verir ki, Manorama Çennai şəhərində ürək tutmasından vəfat edib.
Manorama karyerası ərzində 1200 filmə çəkilib və 1000-dən artıq pyesdə rol alıb. O filmdə mindən çox rol alan aktrisa kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
"Zita və Gita" 1972-ci ildə çəkilib və SSRİ-də böyük şöhrət qazanıb. Film körpə vaxtı bir-birindən ayrı düşən iki əkiz bacının hekayəsindən bəhs edir.