XİN rəhbəri: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"

XİN rəhbəri: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil" İran ABŞ ilə danışıqlarda maraqlı deyil, bunun üçün əsaslar olmalıdır.
Region
20 Avqust , 2019 02:12
XİN rəhbəri: İran ABŞ ilə danışıqlarda maraqlı deyil

İran ABŞ ilə danışıqlarda maraqlı deyil, bunun üçün əsaslar olmalıdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Finlandiyada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Biz (nüvə proqramına dair razılaşmadan - red.) imtina etmirik. Bu ideal bir razılaşma idi, çünki yaxşı bir razılaşmanın əlaməti, onun heç kimi tam qane etməməsindən ibarətdir. Müqavilə o zaman pis olacaq ki, tərəflərdən biri tamamilə razı qalsın", - deyə nazir bildirib.

Onun fikrincə, əvvəlki ABŞ hökumətinin əldə etdiyi razılaşmalara ölkənin yeni hakimiyyəti tərəfindən də əməl olunmalıdır.

Son xəbərlər

Orphus sistemi