Tbilisidə Türkiyə vətəndaşı saxta dollarlarla saxlanılıb

Tbilisidə Türkiyə vətəndaşı saxta dollarlarla saxlanılıb Gürcüstanda saxta pul satmaqda təqsirli bilinən Türkiyə vətəndaşı saxlanılıb.
Region
7 İyul , 2020 10:12
Tbilisidə Türkiyə vətəndaşı saxta dollarlarla saxlanılıb
0 : 00
0 : 00

Gürcüstanda saxta pul satmaqda təqsirli bilinən Türkiyə vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

Həmin şəxs 21 ədəd 100 dollarlıq saxta əskinası Tbilisidə reallaşdırmağa cəhd edib. Əcnəbi vətəndaşdan 2 100 ABŞ dolları dəyərində saxta pullar müsadirə olunub.

Faktla bağlı istintaq aparılır. Türkiyə vətəndaşının günahı sübuta yetirilərsə, onu 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi