Qırğız Respublikasında bir gündə 15 koronavirus xəstəsi ölüb

Qırğız Respublikasında bir gündə 15 koronavirus xəstəsi ölüb Qırğız Respublikasında virusa yoluxanların ümumi sayı 11 127 nəfərə çatıb, 147 nəfər isə ölüb
Region
13 İyul , 2020 11:05
Qırğız Respublikasında bir gündə 15 koronavirus xəstəsi ölüb

Qırğız Respublikasında son sutka ərzində 488 yeni koronavirusa yoluxma halı qeydə alınıb, 15 nəfər COVID-19 qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə koronavirusla mübarizə üzrə respublika qərargahından məlumat verilib.

Ölkədə gün ərzində 73 xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qərargahdan əlavə edilib ki, yeni yoluxanlar arasında 125 tibb işçisi də var və ümumilikdə pandemiya zamanı 1 781 tibb işçisində virus aşkar edilib.

Beləliklə, bu günə qədər Qırğız Respublikasında virusa yoluxanların ümumi sayı 11 127 nəfərə çatıb, 147 nəfər isə ölüb. 3 460 xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qərargahdan verilən məlumata görə, eyni zamanda son gündə 29 nəfər pnevmoniyadan ölüb. Pandemiyanın başlanmasından bəri bu xəstəlikdən ölənlərin ümumi sayı 452 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi