Kvemo Kartlidə koronavirusa yeni yoluxma halları qeydə alınmayıb

Kvemo Kartlidə koronavirusa yeni yoluxma halları qeydə alınmayıb Kvemo Kartlidə (Borçalı) koronavirusa yeni yoluxma halları təsdiqlənməyib.
Region
7 May , 2020 13:13
Kvemo Kartlidə koronavirusa yeni yoluxma halları qeydə alınmayıb

Kvemo Kartlidə (Borçalı) koronavirusa yeni yoluxma halları təsdiqlənməyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgənin qubernatoru Şota Rexviaşvili məlumat verib.

O deyib ki, ötən gün epidemioloqlar Bolnisi və Marneuli rayonlarında intensiv tibbi yoxlama həyata keçiriblər: “Marneulidə koronavirusla bağlı test olunan 303, Bolnisidə isə 35 nəfərdə virus aşkarlanmayıb”.

Qeyd edək ki, indiyədək Kvemo Kartlidə koronavirusa 198 nəfər yoluxub. Gürcüstan üzrə COVID-19-a ümumi yoluxma hallarının 33%-i bu bölgənin payına düşür.  

Son xəbərlər

Orphus sistemi