Gürcüstanda elektromobillərin istehsalı təxirə salınıb

Gürcüstanda elektromobillərin istehsalı təxirə salınıb Gürcüstanın Kutaisi şəhərində elektromobillərin istehsalı üzrə zavodun inşası pandemiya səbəbindən təxirə salınıb.
Region
14 İyul , 2020 10:15
Gürcüstanda elektromobillərin istehsalı təxirə salınıb

Gürcüstanın Kutaisi şəhərində elektromobillərin istehsalı üzrə zavodun inşası pandemiya səbəbindən təxirə salınıb.

“Report”un yerli bürosu xəbər verir ki, müəssisə üçün ötən ilin payızında Çindən alınan istehsal xətti və texnoloji avadanlıqlar Gürcüstana bu günlərdə çatdırılıb.

COVID-19 pandemiyası həmçinin Çində yanvar-fevral aylarında gürcüstanlı kadrların hazırlanması planlarına da mane olub.

Regionda ilk belə zavodun tikinti müddəti yenidən nəzərdən keçiriləcək.

Qeyd edək ki, Gürcüstan hökuməti zavodun tikintisini 2019-cu ilin yazında elan edib. O zaman inşa işlərinin 24 ay ərzində başa çatdırılmasına dair Çinin “Changan Automobile” konsorsiumu ilə razılıq əldə olunmuşdu. 

Son xəbərlər

Orphus sistemi