Gürcüstan parlamentinin qarşısında insident baş verib - FOTO - YENİLƏNİB-2

Gürcüstan parlamentinin qarşısında insident baş verib - FOTO - YENİLƏNİB-2 Gürcüstan parlamentinin qarşısındakı aksiyada insident yaranıb.
Region
8 Sentyabr , 2019 12:38
Gürcüstan parlamentinin qarşısında insident baş verib - FOTO - YENİLƏNİB-2

Gürcüstan parlamentinin qarşısındakı aksiyada insident yaranıb.

“Report”un yerli bürosu xəbər verir ki, Vətənpərvərlər Alyansı Partiyasından olan deputat Emzar Kvitsiani və aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

Aksiyanın təşkilatçısı “Ayıbdır” hərəkatının üzvləri E.Kvitsianini kölə adlandırıblar. Deputat aksiyaçılara fiziki təzyiq göstərib. 

Polis qarşıdurmaya müdaxilə edərək E.Kvitsianini ərazidən uzaqlaşdırıb. 


***12:18

Gürcüstan parlamentinin binası qarşısında “Ayıbdır” hərəkatının təşkil etdiyi etiraz aksiyası davam edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, etirazçılar aksiyaya bir neçə qoyun gətiriblər.

Təşkilatçılar bildiriblər ki, deputatlar Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinə qoyun kimi səs verəcəklər. 


***11:14

Gürcüstanın “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyaçılar qanunverici orqanın giriş qapısı qarşısında “utanc dəhliz”i yaradıblar.

İştirakçılar fit çalaraq daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinə etiraz edirlər.

Aksiya təşkilatçıları bildiriblər ki, G.Qaxaria iyunun 20-21-də Tbilisidə baş verən hadisələrdən sonra istefaya getməlidi idi, lakin bunun əvəzinə onun baş nazir postuna namizədliyi irəli sürülüb.

Hazırda parlamentin plenar iclası keçirilir. Toplantıda G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.

Qeyd edək ki, G.Qaxarianın baş nazir vəzifəsinə namizədliyini hakim Gürcü Arzusu Partiyası sentyabrın 3-də irəli sürüb. Ötən ilin iyun ayından baş nazir vəzifəsini icra edən Mamuka Baxtadze sentyabrın 2-də istefa verib.

Son xəbərlər

Orphus sistemi