Çavuşoğlu: Ankara və Moskva Liviya üzrə razılıq əldə etməyə yaxındır

Çavuşoğlu: Ankara və Moskva Liviya üzrə razılıq əldə etməyə yaxındır Ankaradakı danışıqlar zamanı Türkiyə və Rusiya nümayəndə heyətləri Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxınlaşdılar.
Region
17 Sentyabr , 2020 02:55
Çavuşoğlu: Ankara və Moskva Liviya üzrə razılıq əldə etməyə yaxındır

Ankaradakı danışıqlar zamanı Türkiyə və Rusiya nümayəndə heyətləri Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxınlaşdılar.

“Report” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Dünən Ankarada Liviya ilə bağlı danışıqlar aparıldı, bu gün Suriya mövzusunda aparılır. Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxın olduğumuzu söyləyə bilərik", - deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında qurumlararası danışıqlar 15 və 16 sentyabr tarixlərində Ankarada aparılırdı.

Son xəbərlər

Orphus sistemi