Türkiyə məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib

Türkiyə məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib Ölkənin Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Agentliyi bu qərarın ləğv olunması üçün 2005-ci ildə məhkəməyə şikayət etmişdi.
Region
10 İyul , 2020 17:13
Türkiyə məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib

Türkiyə məhkəməsi iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabineti Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərar çıxarıb. Məhkəmə hökumətin bu qərarını ləğv edib.

Ölkənin Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Agentliyi bu qərarın ləğv olunması üçün 2005-ci ildə məhkəməyə şikayət etmişdi.

Son xəbərlər

Orphus sistemi