Abel Aqanbekyan yol qəzasında ölüb

Abel Aqanbekyan yol qəzasında ölüb Həkimlər onun həyatını xilas edə bilməyi
Region
8 İyul , 2020 17:30
Abel Aqanbekyan yol qəzasında ölüb
Abel Aqanbekyan

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadiyyat üzrə məsləhətçisi, akademik Abel Aqanbekyanın 23 yaşlı nəvəsi, kiçik Abel Aqanbekyan Moskvada yol qəzasında ölüb.

“Report” xəbər verir ki, məlumatı “Rusarminfo” yayıb.

Bildirilib ki, kiçik Abel Aqanbekyan Moskvanın Xamovniçesk rayonunda "BMW" markalı idman motoskleti ilə piyadanı vurub. Piyada hadisə yerində ölüb. Aqnbekyanı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Həkimlər onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, SSRİ-nin 87 yaşlı məşhur iqtisadiyyatçısı Abel Aqanbekyan Dağlıq Qarabağ münaqişəsinin müəlliflərindəndir. O, 1987-ci ildə Fransada çıxan “Humanite” qəzetinə müsahibəsində Qarabağın Ermənistana veriləcəyi ilə bağlı Mixail Qorbaçovla danışıb razılşadıqlarını bildirimişdi.

A.Aqanbekyan kollegial müşavirə orqanlarının, “Lukoil-Garant”ın Qəyyumlar Şurası və “Qazprom”un Elmi-Texniki Şurasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi