Bakı. 22 may. REPORT.AZ/ Bakıda Rumıniya xalq musiqisi konserti keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə brifinqdə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib.
Onun sözlərinə görə, konsert iyunun 17-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq.
Konsertdə iki musiqiçi - nəfəsli alətlərdə Daniel Pop, simli alətlərdə isə Doina Lavrik çıxış edəcək.