Azərbaycanda Avropa Tolerantlıq Festivalı keçiriləcək

Azərbaycanda Avropa Tolerantlıq Festivalı keçiriləcək Festival oktyabrın 12-20-də baş tutacaq
Mədəniyyət siyasəti
8 Avqust , 2017 15:22
Azərbaycanda Avropa Tolerantlıq Festivalı keçiriləcək

Bakı. 8 avqust. REPORT.AZ/ Avropa İttifaqının əsasını qoyan Roma sazişinin imzalanmasının 60 illiyi münasibət ilə Azərbaycanda Avropa Tolerantlıq Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti ilə birgə təşkil olunacaq festival oktyabrın 12-20-də baş tutacaq.

Festival çərçivəsində artistlərin çıxışı, debatlar və müzakirələr, həmçinin Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi və fotosərginin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi