Argentinada ziyarətgah güclü yanğında toxunulmaz qaldı

Argentinada ziyarətgah güclü yanğında toxunulmaz qaldı Argentinanın Santa-Fe əyalətində geniş ərazidə alovu söndürmüş yanğınsöndürənlər qəribə hadisə ilə rastlaşıblar.
Maraqlı
8 Avqust , 2020 07:52
Argentinada ziyarətgah güclü yanğında toxunulmaz qaldı

Argentinanın Santa-Fe əyalətində geniş ərazidə alovu söndürmüş yanğınsöndürənlər qəribə hadisə ilə rastlaşıblar.

Bu barədə “Report” “Daily Star”a istinadən xəbər verir.

Yanğınsöndürən qrupunun rəhbəri German Çekki bildirib ki, yanğınsöndürmə briqadası fermerlərin yanan otlaqlarını söndürməyə gedib. Alov əraziyə çox sürətlə yayılıb, buna görə də evlərin və meşənin alışması təhlükəsi yaranıb.

Yanğını söndürülməsi bir neçə saat davam edib. Sonda yanğınsöndürənlər görüblər ki, yanmış böyük sahənin arasında ölmüş qızın abidəsinin olduğu torpaq sahəsi toxunulmamış qalıb.

Alovun abidədən necə yan keçməsini nə yanğınsöndürənlər, nə də şahidlər izah edə biliblər.

"Mən dindar deyiləm, amma buna baxın: - ərazi tamamilə yanıb, lakin ziyarətgahın ətrafındakı hər şey bütövdür”, - Çekki qeyd edib.

Son xəbərlər

Orphus sistemi