"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 Bakı. 12 mart. REPORT.AZ/ Qlobal maliyyə bazarları üçün 12-18 mart həftəsinin ən vacib iqtisadi xəbərlərini ABŞ, avrozona, İsveçrə və Çin açıqlayacaq.
Maliyyə
12 Mart , 2018 10:22
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 12 mart. REPORT.AZ/ Qlobal maliyyə bazarları üçün 12-18 mart həftəsinin ən vacib iqtisadi xəbərlərini ABŞ, avrozona, İsveçrə və Çin açıqlayacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbərini müəyyənləşdirib:

1) Martın 13-də Bakı vaxtı ilə saat 16:30-da ABŞ Ticarət Nazirliyi fevral ayı üzrə inflyasiya göstəricisini açıqlayacaq. Analitiklər bu rəqəmin 0,2% təşkil edərək yanvar ayının göstəricisi ilə müqayisədə xeyli aşağı olacağını düşünür. Həmçinin, baza inflyasiyasının yanvarla müqayisədə 0,1 faiz bəndi azalaraq 0,2%-ə düşücəyi ehtimal edilir;

2) Martın 14-də Bakı vaxtı ilə saat 17:30-da ABŞ Ticarət Nazirliyi fevral ayı üzrə pərakəndə satışın həcmini açıqlayacaq. Konsensus-proqnoza əsasən, bu rəqəmin 0,3% artması gözlənilir. Pərakəndə satışların artması iqtisadi artımın yaxşılaşmasına dəlalət edir. Belə ki, istehlak xərcləri ABŞ-ın Ümumi Daxili Məhsulundakı (ÜDM) artımın 70%-ni təşkil edir. Həftə ərzində, istehsalçı qiymətləri indeksi, inşaat lisenziyalarının sayı, yeni tikilən evlərin sayı kimi önəmli göstəricilər də açıqlanacaq;

3) Martın 14-də Çin Statistika İdarəsi fevral ayı üzrə sənaye istehsalının həcmini açıqlayacaq. Bununla yanaşı, əsas kapitala investisiyaların və pərakəndə satışların həcmi də açıqlanacaq. 

4) Martın 15-də İsveçrə Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər uçot dərəcəsinin - 0,75% səviyyəsində saxlanacağını ehtimal edirlər. Həmçinin iqtisadçılar İsveçrə Mərkəzi Bankının Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini artırdıqdan sonra oxşar addım atacağını gözləyirlər;

5) Martın 16-da avrozonada fevral ayı üzrə inflyasiya göstəricisi açıqlanacaq. Qiymət artımının illik müqayisədə 1,2% təşkil etməsi gözlənilir ki, bu da yanvar ayının göstəricisindən 0,1 faiz bəndi aşağıdır. Baza inflyasiyanın isə 1% olacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi