“Moodys”: Azərbayanda qəbul edilmiş büdcə qaydaları qeyri-neft kəsirini azaldacaq

“Moodys”: Azərbayanda qəbul edilmiş büdcə qaydaları qeyri-neft kəsirini azaldacaq Neft qiymətinin 2016-cı ildə kəskin ucuzlaşması Azərabycan manatına da təsirsiz ötüşmədi.
Maliyyə
29 Avqust , 2019 18:06
“Moodys”: Azərbayanda qəbul edilmiş büdcə qaydaları qeyri-neft kəsirini azaldacaq

Neft qiymətinin 2016-cı ildə kəskin ucuzlaşması Azərabycan manatına da təsirsiz ötüşmədi.

“Report” xəbər verir ki, bu barədə“Moodys” Beynəlxalq Reytinq Agentliyinin yaydığı hesabatda bildirilir. 

Qeyd olunub ki, bu təsir nəticəsində manat dollarlaşmış bank sistemində təzyiqlə üzləşdi ki, bu, bank nəzarəti sahəsində islahatların aparılmasına, yeni makroprudensial tədbirlərin hazırlanmasına və qanunvericilik təşəbbüslərinə təkan verdi.

“Neft gəlirlərinin davamlılığını nəzərə alaraq iqtisadi diversifikasiya məqsədilə Azərbaycan hökuməti təşəbbüsünü yenilədi. 2016-ci ildə Azərbaycandakı durğunluğa baxmayaraq, yaxın zamanlarda qəbul edilmiş büdcə qaydaları siyasətin proqnozlaşdırılmasını artıracaq, qeyri-neft budcə kəsirini azaldacaq”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 2019-cu büdcə ilindən xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq edilir. Qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhvə verəcəkdir. Büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir.

Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınması və beləliklə də büdcənin protsiklliyinin məhdudlaşdırılmasıdır.

Bununla qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq kontr-tsiklik büdcə siyasətinin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulur ki, bu da ölkə iqtisadiyyatının daxil olduğu post-neft dövrü üçün mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi