“Finans Invest” BOKT-nin aktivləri 12% artıb

“Finans Invest” BOKT-nin aktivləri 12% artıb “Finans Invest MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 11,6% artaraq 1,892 milyon manat təşkil edib.
Maliyyə
7 Sentyabr , 2019 18:00
“Finans Invest” BOKT-nin aktivləri 12% artıb

“Finans Invest" MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 11,6% artaraq 1,892 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Finans Invest"in müştərilərə verdiyi xalis kreditlər isə 9% artaraq 1,497 milyon manat olub.

Hesabat dövründə "Finans İnvest"in cəmi öhdəlikləri 17,9% artaraq 1,601 milyon manata çatıb, cəmi kapitalı isə 14,2% azalaraq 290 min manata düşüb.

“Finans Invest” 2018-ci ili 112 min manat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 40% çoxdur. 

Son xəbərlər

Orphus sistemi